Martın 1-də Ermənistan konstitusiyasının dəyişdirilməsi müzakirə OLUNACAQ 

Martın 1-də Ermənistan konstitusiyasının dəyişdirilməsi müzakirə OLUNACAQ 

Hazırda oxunan: Martın 1-də Ermənistan konstitusiyasının dəyişdirilməsi müzakirə OLUNACAQ 

179640

Ermənistanın Konstitusiya islahatları komissiyası martın 1-də ölkənin yeni əsas qanunun hazırlanması məsələsini müzakirə edəcək.

Bizim.Media “Hraparak” nəşrinə istinadən xəbər verir ki, toplantıda konstitusiyaya dəyişikliklər müzakirə olunacaq.

“Mənbələrimizin məlumatına görə, Ermənistanın baş naziri Nikol Paşinyan bu işlə məşğul olacaq yeni şura yaratmayacaq. Çünki vaxt azdır. Həm də bu işlə məşğul olmağa az adam razılıq verəcək”, - nəşr yazıb.
Qeyd edək ki, Ermənistanın hazırkı konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Rəsmi Bakı iki ölkə arasında münasibətlərin normallaşması və sülh sazişinin imzalanması üçün Ermənistanın qanunvericiliyinin dəyişdirilməsini tələb edir.

N.Paşinyan daha əvvəl konstitusiyaya dəyişikliklərin olacağını açıqlamışdı.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO