Ermənistan parlamentinin keçmiş vitse-spikeri, politoloq Eduard Şarmazanov ölkəsinin Ukraynaya çevriləcəyi barədə xəbərdarlıq edib.
Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, o, bu məsələdə Qərbi və Ermənistan baş naziri Nikol Paşinyanı ittiham edib.
“Onlar Ermənistanı Ukraynaya çevirmək istəyirlər. Bu isə o deməkdir ki, dövlətimiz anti-Rusiya tramplininə çevriləcək. Ermənistan suverenliyini itirə, yeni ərazi və insan itkiləri verə bilər”, - E.Şarmazanov bildirib.
Siyasətçi, həmçinin N.Paşinyanı Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvili və Ukrayna dövlət başçısı Volodimir Zelenski ilə müqayisə edib:
“Onları birləşdirən nədir? Qərbə sevgi, Rusiyaya nifrət. Onlar itkiyə getmək yolunu seçilirlər. Bir şey aydındır: ölkəmiz Paşinyandan xilas olmalıdır. Əks halda pis sürprizlər olacaq”.
Bizim.Media
- A-
- A
- A+
Region
13:19 / 23.02.2024
Şarmazanov: “Paşinyandan xilas olmasaq, Ermənistan Ukraynaya çevriləcək”
Hazırda oxunan: Şarmazanov: “Paşinyandan xilas olmasaq, Ermənistan Ukraynaya çevriləcək”
Hazırda oxunan: Şarmazanov: “Paşinyandan xilas olmasaq, Ermənistan Ukraynaya çevriləcək”
179511
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.