Rəsmi Bakı: Sülh sazişi layihəsi ilə bağlı növbəti şərhlər Ermənistana təqdim edilib

Hazırda oxunan: Rəsmi Bakı: Sülh sazişi layihəsi ilə bağlı növbəti şərhlər Ermənistana təqdim edilib

179410

Sülh sazişi layihəsi ilə bağlı Azərbaycanın növbəti şərhləri Ermənistan tərəfinə təqdim edilib. 

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarla görüşü zamanı deyib. 

Azərbaycanın bu istiqamətdə danışıqlar prosesinin başlamasında maraqlı olduğu diqqətə çatdırılıb. 
Bununla yanaşı, Ermənistanın Konstitusiyasında, qanunvericilik aktlarında, beynəlxalq təşkilat və məhkəmələrdə ölkəmizin ərazi bütövlüyü və suverenliyinə qarşı davam edən iddialar bir daha xatırlanıb və bu iddiaların qəbuledilməz olduğu vurğulanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO