KİV: “Paşinyanın “mübarizə”si Ermənistanı ikinci Suriyaya çevirir”

Hazırda oxunan: KİV: “Paşinyanın “mübarizə”si Ermənistanı ikinci Suriyaya çevirir”

179384

Paşinyan və onun komandası Ermənistanın suverenliyi uğrunda “necə qəhrəmancasına mübarizə apardıqlarından” nə qədər tez-tez danışırlarsa, Ermənistanın bu suverenliyini necə addım-addım itirdiyi bir o qədər aydın olur. Bunu təkcə hökumətin siyasətindən deyil, cəmiyyətdəki əhval-ruhiyyədən də görmək olar.

Bizim.Media xəbər verir ki, bu barədə verelq.am saytında dərc olunan məqalədə qeyd olunub.

Məqalənin əsas hissələrini təqdim edirik:

"Azərbaycan Silahlı Qüvvələri fevralın 13-də “qisas əməliyyatı” həyata keçirdiklərini, nəticədə 4 erməni hərbçisinin öldürüldüyünü rəsmən açıqlayıb".

Bəs İrəvanın reaksiyası necə olub? Ötən həftə boyunca deyildi ki, niyə Azərbaycan Ermənistan tərəfdən açılan atəşə qeyri-adekvat reaksiya verib? 

İctimaiyyətin buna reaksiyası normal qarşılandı. Ermənistanın Rusiyaya qarşı suverenliyi uğrunda mübarizə aparan Daniel İoannisyan İctimai Televiziyanın efirində "Biz nə edək? Doğrudan da, atışmanı bizim tərəf başlatdı. Bu haqda azərbaycanlıların videogörüntüləri var" sözlərini dilə gətirdi. Ermənistan Azərbaycan Silahlı Qüvvələrinin “qisas” əməliyyatını səssizcə uddu. 

Bəs Ermənistan hakimiyyəti suverenliklə bağlı nə deyir? İqtidar təmsilçisi bəyan edib ki, sentyabrın 19-da, yəni ermənilərin Qarabağdan  çıxmasından (könüllü - red.) sonra Ermənistan həqiqi müstəqilliyini qazanıb.

Belə düşünən komandadan nə gözləyə bilərik?

Bu hakimiyyət (Paşinyan iqtidarı - red.) suverenlik və dövlət institutlarından danışır. Ancaq onların siyasəti, “suverenlik uğrunda çıxılmaz mübarizəsi nəticəsində” Ermənistanın ikinci Suriya və ya İraqa çevrilmək yolunda olduğunu qeyd edəndə inciyirlər. 

Bu ölkələrdə kimsə harasa atəş açsa, Ankara dərhal “antiterror əməliyyatı” keçirir. Bir çoxları kimi bizim də dövlətimiz var. Amma onu “suverenlik uğrunda mübarizə aparan” Paşinyanın komandası idarə edir...
İndi istənilən vaxt bizə atəş açırlar. Nikol Paşinyan isə cavab verməməyi məsləhət görür.

Əslində, indiki iqtidarın “suverenlik uğrunda qəhrəmancasına mübarizə aparması” məhz bu siyasətə köklənib.

Deyəsən, artıq cəmiyyət bununla barışıb: həmişə üzərimizə silah tuşlanmış vəziyyətdə olmalıyıq. Belə olan halda Qarabağdan gələn ermənilərin Ermənistanı tərk etməklərinə niyə təəccüblənirik?!” 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO