Vətən müharibəsi zamanı separatçıları dəstəkləyən rusiyalı “hərbi müxbir” TUTULDU

Vətən müharibəsi zamanı separatçıları dəstəkləyən rusiyalı “hərbi müxbir” TUTULDU

Hazırda oxunan: Vətən müharibəsi zamanı separatçıları dəstəkləyən rusiyalı “hərbi müxbir” TUTULDU

178874

44 günlük müharibə zamanı separatçı ermənilərin fəaliyyətini işıqlandıran rusiyalı “hərbi müxbir” Andrey Koç Moskva şəhərinin Dekabristov küçəsində, fevralın 10-na keçən gecə marixuana ilə saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Baza” Telegram kanalı yazıb.

Mənbə qeyd edir ki, jurnalist nəzərəçarpacaq dərəcədə əsəbi olduğundan polis onu axtarmağa qərar verib. Nətiəcədə onun üzərindən iki qram marixuana aşkar edilib.

Koç narkotik maddəni saxlanılmazdan az əvvəl aldığını etiraf edib.

Axtarış zamanı aşkar edilən qadağan olunmuş maddənin miqdarı az olduğuna görə ona qarşı cinayət işi qaldırılmayıb. Bununla belə, narkotik vasitəni jurnalistə satan şəxs barəsində işin başlanması məsələsi həll olunur.
Materiallar tərtib edildikdən sonra Andrey Koç sərbəst buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO