Paşinyan Münhendə azərbaycanlı jurnalistin sualını cavablamaqdan yayınıb.
Bizim.Media xəbər verir ki, o, İctimai TV-nin jurnalistinin “Ermənistan konstitusiyasını dəyişəcəkmi” sualına cavab verməkdən imtina edib.
Xatırladaq ki, Ermənistanın Baş naziri Nikol Paşinyan həyat yoldaşı Anna Akopyanla birlikdə Almaniyanın Münhen şəhərinə səfərdədir. Paşinyan 18 fevral tarixinə qədər Münhen Təhlükəsizlik Konfransının rəsmi açılış mərasimində iştirak edəcək, həmçinin bir sıra xarici ölkə rəhbərləri ilə ikitərəfli görüşlər keçirəcək.
Bizim.Media