Paşinyan hamı ilə münasibətləri pisləşdirdi - Erməni politoloq

Paşinyan hamı ilə münasibətləri pisləşdirdi - Erməni politoloq

Hazırda oxunan: Paşinyan hamı ilə münasibətləri pisləşdirdi - Erməni politoloq

178347

“İndi biz hətta 44 günlük müharibə dövründən də çox çətin vəziyyətdəyik. Ermənistanın baş naziri hamı ilə mümkün olmayanı bacardı, münasibətləri pisləşdirməklə ən aşağı səviyyəyə endirdi. O, dövlətin potensialını yox dərəcəsinə gətirdi”.

Bizim.Media xəbər verir ki, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Alen Gevondyan deyib.

“Ona görə də müxalifət hakimiyyətə gəlmək istəmir. İstər komanda şəklində olsun, istərsə də fərdi, bu vəziyyətdə yaxşı həll yolları tapmaq çox çətin olacaq. Mən cəmiyyəti qınamıram. Cəmiyyət aldadılmış vəziyyətinə gətirilib. Haqq-ədalət axtarışında daha böyük fəlakətlə üzləşib.
İlham Əliyevə gəlincə, o, öz ölkəsinin maraqlarını çox aydın başa düşür, hər addımdan sonra möhkəm mövqedə dayanır. Paşinyan isə bizim tərəfdaşlarımızın meydanını boş qoyub. Baş nazir ölkədə ən aşağı səlahiyyətlərə malikdir, onun ətrafına marginal insanlar toplaşıb. Həm də onun ətrafına toplaşan bəzi ayrı-ayrı elitalar bu müddət ərzində kifayət qədər pul yığıblar”, - deyə politoloq qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO