ABŞ səfirindən Azərbaycan-Ermənistan şərti sərhədindəki insidentə MÜNASİBƏT

ABŞ səfirindən Azərbaycan-Ermənistan şərti sərhədindəki insidentə MÜNASİBƏT

Hazırda oxunan: ABŞ səfirindən Azərbaycan-Ermənistan şərti sərhədindəki insidentə MÜNASİBƏT

178317

ABŞ səfiri Mark Libbi son günlər Azərbaycan-Ermənistan şərti sərhədində baş vermiş gərginliyə münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə diplomat jurnalistlərə açıqlamasında danışıb.

Onun sözlərinə görə, sərhəddəki gərginlik həqiqətən narahatedicidir.

“Belə insidentlər vəziyyətin daha da pisləşmə ehtimalını göstərir. Tərəfləri eskalasiyadan çəkinməyə, dialoqa çağırırıq”, - ABŞ səfiri vurğulayıb.

Diplomat onu da qeyd edib ki, ABŞ hər zaman Azərbaycan və Ermənistanın ərazi bütövlüyünü tanıyıb:

“Biz Azərbaycanın ərazisində hər hansı qurumu (söhbət keçmiş separatçı rejimdən gedir) tanımamışıq və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı BMT qətnamələrinə səs vermişik”.

Onun fikrincə, Azərbaycan və Ermənistan iki qonşu ölkə olaraq harmoniya və sülh içində ticarət tərəfdaşı ola bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO