“Azərbaycanın Qarabağ bölgəsində Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı dialoq müntəzəm xarakter daşıyır və konstruktiv şəkildə qurulur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə deyib.
O bildirib ki, Rusiya sülhməramlı kontingentinin fəaliyyəti ilə bağlı növbəti Rusiya-Azərbaycan təmaslarına hazırlıq davam edir.
Zaxarova həmçinin qeyd edib ki, Moskva Bakı ilə “erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin lazımi səviyyədə təmin olunmaqla Qarabağa qayıtması, birgə patrulların təşkili və mədəni, tarixi və dini irs abidələrinin mühafizəsi perspektivlərini” müzakirə etmək niyyətindədir.
Bizim.Media
- A-
- A
- A+
Region
20:47 / 14.02.2024
Zaxarova: “Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı Rusiya-Azərbaycan təmaslarına hazırlıq gedir”
Hazırda oxunan: Zaxarova: “Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı Rusiya-Azərbaycan təmaslarına hazırlıq gedir”
Hazırda oxunan: Zaxarova: “Qarabağda sülhməramlıların fəaliyyəti ilə bağlı Rusiya-Azərbaycan təmaslarına hazırlıq gedir”
178191
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.