Paşinyan erməni xalqını məyus etdi: “Rusiya Dağlıq Qarabağın təhlükəsizliyini qorumağa söz verməyib”

Paşinyan erməni xalqını məyus etdi: “Rusiya Dağlıq Qarabağın təhlükəsizliyini qorumağa söz verməyib”

Hazırda oxunan: Paşinyan erməni xalqını məyus etdi: “Rusiya Dağlıq Qarabağın təhlükəsizliyini qorumağa söz verməyib”

17813

Ermənistanla Rusiya arasında formalaşan təhlükəsizlik sistemi 2020-ci il müharibəsindən əvvəl də olub. Bizim üçün əsas problem bu təhlükəsizlik sisteminin yalnız beynəlxalq səviyyədə tanınmış Ermənistan Respublikasının ərazisinə aid olması idi. 

Bizim.Media xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan parlamentin iclasında hökumətin 2020-ci ildəki fəaliyyətinə dair hesabatının təqdimatı zamanı deputatların suallarını cavablandırarkən deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Paşinyan yenə özünü biabır etdi – Putinə ''Fransa prezidenti'' dedi - VİDEO


Onun sözlərinə görə, Ermənistan ərazisi əvvəlki hökumət tərəfindən hələ 2010-cu ildə qəbul edilmiş "Ermənistanın inzibati ərazi bölgüsü haqqında" qanunla təsbit edilib. 

"Bir çoxlarında belə fikir formalaşmışdı ki, təhlükəsizlik zonasına Dağlıq Qarabağ və ona bitişik bölgələr də daxildir”, deyə Baş nazir qeyd edib.

“Rusiya tərəfi həmişə Ermənistana xəbərdarlıq edib ki, yalnız beynəlxalq səviyyədə tanınmış ərazilərin təhlükəsizliyi təmin edilə bilər. Bura Dağlıq Qarabağ daxil deyil”.

Paşinyan bunu deməklə deputatları və ölkə əhalisini bir daha məyus edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO