Ölkəmizin bir qəpik belə dəyəri yoxdur - Serj Sarkisyanın partiyasının üzvü

Ölkəmizin bir qəpik belə dəyəri yoxdur - Serj Sarkisyanın partiyasının üzvü

Hazırda oxunan: Ölkəmizin bir qəpik belə dəyəri yoxdur - Serj Sarkisyanın partiyasının üzvü

178109

“Qaliblər mühakimə olunmur. İndi 2016, 2017, hətta 2020-ci il deyil. 2024-cü ildə həm dünya, həm də region dəyişdi və daha problemli oldu. Təhdidlər artıb. Biz zəifləmişik”.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə sabiq prezident Serj Sarkisyanın "Respublika" partiyasının üzvü Eduard Şarmazanov yazıb.

“Və belə şəraitdə təkcə iqtidarın deyil, bəzi qeyri-hökumət nümayəndələrinin də qeyri-real qiymətləndirmələri təəccüb doğurur.

Unutmayın, güc hüququ formalaşdıra bilər.

Rəqiblərə, vasitəçilərə və müttəfiqlərə tələblər irəli sürməzdən əvvəl gücünüzü hesablayın.

Biri Rusiyaya, biri Qərbə, üçüncüsü Türkiyəyə qarşı təhdidlər edir.

Gəlin hər şeyə ayıq başla baxaq. Hamımız bir yerdə Nikolun öhdəsindən belə gələ bilmirik. Siz nə danışırsınız?

Milli hökumət qurulanda o zaman hamı bizimlə hesablaşacaq.

Bu iqtidar dövründə ölkəmizin bir qəpik belə dəyəri yoxdur. Bu dözülməzdir, amma reallıq budur”, - Serj Sarkisyanın partiyasının nümayəndəsi qeyd edib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO