Paşinyan yaxınlarına arxa çevirdi – SOROSU SATDI

Paşinyan yaxınlarına arxa çevirdi – SOROSU SATDI

Hazırda oxunan: Paşinyan yaxınlarına arxa çevirdi – SOROSU SATDI

1780

Paşinyanın Putinə müraciət etməsi Ermənistanın “sorosçu” dairələrində ciddi narahatlığa səbəb olub. Bu barədə 31 oktyabr tarixində Ermənistanın məşhur "Yerevan today" nəşrində dərc olunan məqalədə deyilir. Yazı Ermənistanın digər məşhur KİV-lərində də dərc olunub. 

Müəllif Ermənistanın sərhədyanı Syünik vilayətinin atəşə tutulduğu bir vaxtda nə üçün sorosçuların Rusiyadan kömək istəyinə qarşı olduğunu soruşur. Yazıda qeyd olunur ki, çünki - Soros Türkiyənin dostu, Rusiyanın isə əzəli düşmənidir. 

Müəllif Corc Sorosun bu ilin yazında nəşr etdirdiyi məqaləsinə istinad edərək onun Avropa dövlətlərini Rusiyaya qarşı mübarizədə Türkiyəni dəstəkləməyə çağırdığını da vurğulayır. 

Söhbət, bu ilin mart ayında Corc Sorosun Financial Times-də dərc olunan məqaləsindən gedir. Həmin vaxt erməni mediası bu məqaləyə istinad edərək Paşinyanı Türkiyənin adamı olmaqda da ittiham etmişdi.

Məqalədə “sorosçular” qismində Larisa Minasyan, Artur Sakunts, Arsen Xaratyan kimi Ermənistan hüquq müdafiəçilərinin adları çəkilir. Onların Paşinyanın Rusiyaya müraciətindən narazı olduqlarını qeyd edən müəllif, belə bir vəziyyətdə Ermənistanın maraqlarının hər şeydən öncə gəlməli olduğunu da vurğulayır. 

Sonda müəllif sorosçuların Ermənistan və Rusiya arasındakı münasibətlərə kölgə düşürməyə çalışan planlarının uğursuz olacağını da qeyd edir. 

Bəzi analitiklər Paşinyanın Vladimir Putinə məktub ünvanlamasını birbaşa daxili auditoriya üçün hesablanmış addım kimi qəbul edir. Paşinyan hakimiyyətini qorumaq üçün Qarabağla bağlı hər yolu sınadığını göstərməyə çalışır. Xüsusilə də məktubun açıq şəkildə ünvanlanması, “biz kömək istədik, amma onlar vermədilər” düşüncəsini yaratmağa xidmət edir.

Bəzi ekspertlərin fikrincə isə Rusiya ilə münasibətlərin yaxşılaşdırılması istiqamətində addımların atıldığı son günlərdə sorosçuların hədəf alınması Paşinyanın hakimiyyətini qorumağa hesablanmış taktiki gedişdir. Paşinyanın vəziyyət qəlizləşdikcə, nəinki Sorosu, hətta ən yaxın çevrəsini qurban verməyə hazır olduğu vurğulanır. 

Rəvan Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO