Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Nəticədə dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilər olub. İnsident nəticəsində 4 hərbçi ölüb, 1 hərbçi isə ağır yaralanıb.
Məhv edilənlərin birinin (Oqanesyan Qraçya Talışeviç -1957-ci il təvəllüdlü) 67 yaşı var.
Bizim.Media xəbər verir ki, erməni politoloq Tiqran Qriqoryan Facebook səhifəsində bu fakta münasibət bildirib.
"Ermənistan ordusundakı xaosu təsvir edən ən təəccüblü fakt odur ki, Nerkin And kəndi yaxınlığında öldürülənlərdən biri 67 yaşlı könüllüdür.
67 yaşlı kişi cəbhədə nə edir? Bir neçə gündən sonra onlar (Azərbaycanı nəzərdə tutur) Ermənistan silahlı qüvvələrində aparılan hərtərəfli islahatlardan danışacaqlar", deyə o, qeyd edib.
Xatırladaq ki, erməni mətbuatı ölənlərin "Yerkpara" terror təşkilatının üzvləri olduğunu yazıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:57 / 13.02.2024
Erməni politoloq məhv edilən hərbçi haqda: "67 yaşlı kişi cəbhədə nə edir?"
Hazırda oxunan: Erməni politoloq məhv edilən hərbçi haqda: "67 yaşlı kişi cəbhədə nə edir?"
Hazırda oxunan: Erməni politoloq məhv edilən hərbçi haqda: "67 yaşlı kişi cəbhədə nə edir?"
177984
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.