Sərhəddə təxribat törədən \"Yerkpara\" terror təşkilatı tərksilah edilməlidir - Erməni bloger

Hazırda oxunan: Sərhəddə təxribat törədən \"Yerkpara\" terror təşkilatı tərksilah edilməlidir - Erməni bloger

177928

“Müdafiə Nazirliyi ilə müqavilə əsasında fəaliyyət göstərən “Yerkrapa” könüllülər birliyini (terror təşkilatı – red.) tərksilah etmək, bu və buna bənzər bütün strukturları ləğv etmək lazımdır. Bu, növbəti hökumətin atacağı ilk addımlardan biri olmalıdır”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni bloger Vaqe Ağacanyan öz Facebook səhifəsində yazıb.

“Könüllü birləşmələr və fidainlər olmamalıdır. Orduya ölkənin təhlükəsizlik problemlərini həll edə bilən səriştəli insanlar rəhbərlik etməlidir. Lakin onlar bunu etməyəcəklər, çünki ölkə daxilində mümkün xaotik anlarda onlara qoca döyüşçülər lazımdır”, - deyə bloger qeyd edib. 

Xatırladaq ki, Azərbaycan Dövlət Sərhəd Xidmətinin yaydığı məlumata görə, Ermənistanın şərti dövlət sərhədində əməliyyat vəziyyətini gərginləşdirməyə yönəlmiş hər bir təxribatına bundan sonra da daha ciddi və qəti tədbirlərlə cavab veriləcək. Və buna görə də Ermənistanın hərbi-siyasi rəhbərliyi terrorçu dəstələri şərti sərhəddən çıxarmalıdır, yoxsa hər bir təxribata cavab olaraq bu terrorçuların Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv ediləcəyi ilə barışmalı olacaqlar.

Son anda alınan informasiyaya görə, "Yerkpara" terror təşkilatı "Sputnik Ermənistan"a Nerkin And kəndi yaxınlığında ölən hərbçilər arasında onların üzvlərinin də olduğunu təsdiq edib. 

Təşkilat məhv edilən 4 əsgərdən neçəsinin onlara aid olduğunu dəqiqləşdirməyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO