Şərti sərhəddə məhv edilən ermənilərin sayı 4-ə çatdı - İRƏVANDAN RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Şərti sərhəddə məhv edilən ermənilərin sayı 4-ə çatdı - İRƏVANDAN RƏSMİ AÇIQLAMA

177922

Xəbər verdiyimiz kimi, 13 fevral tarixində Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən Ermənistan Silahlı Qüvvələrinin dünən törətdikləri təxribata cavab olaraq “qisas əməliyyatı” keçirilib. Nəticədə dünən əsgərimizə atəş açılan Ermənistan Silahlı Qüvvələrinin Qafan rayonunun Nerkin-And yaşayış məntəqəsinin yaxınlığındakı döyüş postu tamamilə darmadağın edilib, döyüş mövqeləri susdurulub. Məhv edilmiş döyüş postunun şəxsi heyəti arasında ciddi itkilər olub.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, zərərsizləşdirilən erməni hərbçilərinin sayı 4-ə çatıb.

Bunu Ermənistan parlamentinin Müdafiə Komissiyasının sədri Andranik Köçəryan "Azadlıq radiosu"na açıqlamasında təsdiq edib.

Qeyd edək ki, yaralıların sayı barəsində informasiya verilmir. Ancaq bəzi mənbələr bir əsgərin yaralandığını vurğulayıb.

Bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi Azərbaycanla şərti sərhəddə baş vermiş insident nəticəsində iki nəfərin öldüyünü açıqlamışdı.

Erməni mətbuatı ölənlərin "Yerkpara" terror təşkilatının üzvləri olduğunu yazıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO