Prokuror Alen Simonyanın qardaşı arvadını zaminə buraxdı

Hazırda oxunan: Prokuror Alen Simonyanın qardaşı arvadını zaminə buraxdı

177769

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə spiker Alen Simonyanın qardaşı arvadı Ani Gevorkyanın zaminə buraxılması üçün hakim “Mülki müqavilə” fraksiyasının deputatlarından Ermənistan Baş Prokurorluğuna şəxsi tələb daxil olub. Bu gün isə prokuror öz təşəbbüsü ilə həbs qətimkan tədbirini dəyişdirib. Nəticədə Ani Gevorkyan və “Synergy” şirkətinin əməkdaşı Lili Mkryan zaminə buraxılıb. Hər iki şəxs yaşadıqları ərazini tərk etməmək barədə yazılı öhdəliyə də imza atıb.

Bizim.Media erməni KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb.

İstintaq orqanı hesab edib ki, indiki mərhələdə Gevorkyan və Mkryanın istintaq prosesinə təsiri azalıb.

Artıq qarşıdurmalar keçirilib, cinayət işi üçün vacib olan ifadələr verilib. Şirkətin direktoru Aşot Ovannisyan isə hələ də həbsdədir. Onun barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişməyib.

Xatırladaq ki, yanvarın 31-də İqtisadiyyat Nazirliyinin bir sıra vəzifəli şəxsləri və özəl sektor nümayəndələrinə qarşı cinayət işi açılıb. Müstəntiqlərin fikrincə, “Dövlət investisiya proqramları üçün bankın yaradılması” tenderi çərçivəsində məmurlar şirkətlərdən birinin rəhbəri ilə əlaqəyə girərək rəqibinin iştirakına süni maneələr yaradıblar. Nəticədə 3 dəfə baha (392 milyon dram - 100 min dollar) ərizə təqdim edən şirkət qalib gəlib.

Hazırda iş üzrə üç nəfər həbs edilib: şirkətin direktoru Aşot Ovannisyan, İqtisadiyyat Nazirliyinin dövlət investisiya siyasəti idarəsinin müdiri Lili Sirakanyan və nazirliyin kənd təsərrüfatı proqramlarının həyata keçirilməsi idarəsinin müdiri Taron Martirosyan.
İqtisadiyyat nazirinin müavini Ani İspiryan isə ev dustaqlığına buraxılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO