Ermənistanda uşaq bağçalarında azyaşlılara faşist ideologiyası aşılanır – FOTOFAKT 

Hazırda oxunan: Ermənistanda uşaq bağçalarında azyaşlılara faşist ideologiyası aşılanır – FOTOFAKT 

177742

Ermənistanda uşaq bağçasının divarında faşist Qaregin Njde və Stapan Banderanın portretləri asılıb.

Bizim.Media xəbər verir ki, bu barədə rusiyalı politoloq Oleq Kuznetsov paylaşım edib.

Sözügedən paylaşımda, divarda Ermənistan və Ukraynanın dövlət rəmzləri və yerli nasist ideoloqlarının portretlərinin asıldığı əks olunub.

Uşaqların tərbiyə aldığı təlim-tərbiyə ocağında bu şəxslərin portretlərinin olması birmənalı qarşılanmayıb.

Qeyd edək ki, Njde peşəkar terrorçu, erməni təfəkkürü sahibi, qəddar qatil olub. O, Sofiya şəhərində daşnakların terrorçular hazırlayan məktəbini bitirib. Ukraynalı siyasətçi və döyüşçü Stepan Bandera isə SSRİ dövründə ən təhlükəli cinayətkar, qatı faşist, terrorçu kimi tanınıb. Hər iki şəxs İkinci Dünya Müharibəsi dönəmində nasist Almaniyası ilə əməkdaşlıq edərək minlərlə günahsız, dinc şəxslərin ölümünə səbəb olublar. 
Bu gün ermənilərin bağçalarda uşaqlara bu cür təhlükəli quldurları qəhrəman kimi təbliğ etməsi isə təhlükəli tendensiyadır. Göründüyü kimi, Ermənistan cəmiyyəti gələcək nəsillərə də nifrət və faşizm aşılamaqla revanş duyğularını aktivləşdirməyə, türk düşmənliyini uzun illər davam etdirməyə çalışır...


Məhərrəm Əliyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO