Rusiyalı səfir:

Rusiyalı səfir: "Qarabağ məsələsi bağlanıb"

Hazırda oxunan: Rusiyalı səfir: "Qarabağ məsələsi bağlanıb"

177720

"Qarabağla bağlı məsələ bağlanıb".

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “İzvestiya”ya müsahibəsində deyib.

“Bütün bu illər ərzində Rusiya Qarabağ probleminin sülh yolu ilə həlli üçün səylər göstərib. Təəssüf ki, alınmadı. Bu mövzu sentyabr ayında hərbi əməliyyatla bağlandı. Rusiya Federasiyası nizamlamada həmişə çox mühüm rol oynayır, indi də iki tərəf arasında sülh müqaviləsi üzrə danışıqlarda maksimum dəstək verməyə hazırdır”, - deyə o bildirib.
“Ermənistan və Azərbaycan indi birbaşa sülh müqavilələri layihələrini mübadilə edirlər.

Azərbaycan tərəfinin təklif etdiyi tamamilə əsaslandırılmış standart müddəa və maddələr tərəflər arasında sülh müqavilələrində yer alıb. Bakının irəli sürdüyü təkliflərə əsaslanaraq, bu danışıqlar kifayət qədər tez başa çatdırıla bilər. Biz Moskva platformasını təqdim etməyə hazırıq, lazım gələrsə, öz ekspertizamızı, mətnlə bağlı məsləhətlərimizi verməyə hazırıq. Burada bizim azərbaycanlı həmkarlarımızla çox yaxşı qarşılıqlı əlaqəmiz var”, - deyə diplomat əlavə edib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO