Türkiyədə koronavirusa qarşı mübarizə tədbirləri çərçivəsində karantin rejimi qismən sərtləşdirilir.
Bizim.Media xəbər verir ki, bu barədə qərar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə aprelin 13-də keçirilən Nazirlər Kabinetinin toplantısında qəbul edilib.
MÖVZU İLƏ BAĞLI:
Türkiyədə koronavirus can almağa davam edir – Son statistika
Onun sözlərinə görə, qapanma Ramazan ayının ilk iki həftəsini əhatə edəcək.
Nazirlər Kabinetinin iclasında həmçinin həftəsonu qadağaları qüvvədə saxlanılıb, həftəiçi küçəyə çıxma qadağasının isə yerli vaxtla saat 19:00-dan 05:00-dək olması məqbul hesab edilib.
Eyni zamanda şəhərlərarası səyahətə qadağa qoyulub, kafe və restoranlar, digər xidmət sahələri Ramazan ayının sonunadək bağlanıb və s.
Bizim.Media