“Türkiyə NATO-nun əsas üzvüdür. Buna görə də NATO Ermənistanı yenidən silahlandırmaq, hər hansı texnoloji platformalar və təhlükəsizliklə bağlı hər hansı bir şeylə təmin etmək üçün sadəcə olaraq səy göstərməyəcək”.
Bizim.Media xəbər verir ki, bu sözləri rusiyalı politoloq Qleb Kuznetsov Ermənistan mətbuatına müsahibəsində deyib.
“Ankara NATO üçün İrəvandan daha vacib tərəfdaşdır və bunu da səmimi şəkildə etiraf etmək lazımdır. Bəli, təbii ki, erməni lobbisinin güclü olduğu ölkələr, məsələn Fransa və ABŞ nəsə edə bilər. Bununla belə, mərkəzləşdirilmiş NATO Türkiyəyə çox bağlıdır.
Bu baxımdan Ermənistanın NATO-nun hərbi texnikasından, hərbi platformalarından və NATO-nun təhlükəsizliyindən istifadə edəcəyinə ümid etmək tamamilə utopikdir. Bu, o halda mümkündür ki, Ermənistan NATO-da Türkiyəni əvəz etsin və bu, real deyil”, - politoloq bildirib.
Bizim.Media
- A-
- A
- A+
Region
13:40 / 10.02.2024
NATO Ermənistanı silahlandıracaq? – SENSASİON AÇIQLAMA
Hazırda oxunan: NATO Ermənistanı silahlandıracaq? – SENSASİON AÇIQLAMA
Hazırda oxunan: NATO Ermənistanı silahlandıracaq? – SENSASİON AÇIQLAMA
177532
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.