Ötən gün baş tutan növbədənkənar prezident seçkiləri regionda və dünyada geniş müzakirə olunur. Demokratiya yolunda çox böyük addım olan 7 fevral seçkiləri ilə bağlı Beynəlxalq ekspert, Rusiya Xəzər Strateji Araşdırmalar İnstitutunun baş direktoru İqor Korotçenko ilə həmsöhbət olduq.
Bizim.Media həmin müsahibəni təqdim edir:
- İqor Yuriyeviç, beynəlxalq müşahidəçi kimi 7 fevral-növbədənkənar prezident seçkilərini necə qiymətləndirirsiniz?
- 7 fevralda keçirilən növbədənkənar prezident seçkiləri bütün hallarda böyük hadisədir. Beynəlxalq prizmadan baxanda seçkilər çox uğurla keçdi. Müşahidəçilərin hamısı seçkinin şəffaf keçdiyini ifadə etdi. Nəticələrsə bir daha sübut etdi ki, İlham Əliyev təkcə Azərbaycanda yox, beynəlxalq aləmdə tanınan və hörmət edilən nüfuzlu siyasi liderdir. Rusiyanı təmsil edən bir şəxs kimi deyə bilərəm ki, belə bir fenomenal nəticəyə görə çox şadıq. Həm də ona görə şadıq ki, İlham Əliyev kimi bir şəxsin yenidən prezident seçilməsi region üçün əlamətdar hadisədir.
- Ötən gün sizin seçkilər barədə səsləndirdiyiniz fikirlər Azərbaycan cəmiyyətində nə qədər rəğbət doğursa da, Ermənistanda bir o qədər qıcıq yaradıb. Bu barədə nə deyə bilərsiniz?
- Təkcə mənim fikirlərim yox, ümumilikdə, Azərbaycanın yaşadığı bu şanlı hadisə Ermənistanda nifrət və qəzəblə qarşılanıb. Amma bu cür yanlış münasibət ilk növbədə Ermənistan dövləti və erməni xalqı üçün böyük itkidir. Bu məsələdə ən böyük günah Ermənistanın siyasi hakimiyyətinin üzərinə düşür. Çünki, mövcud siyasi hakimiyyət Ermənistanın milli və dövlət maraqlarından çıxış etmir. Reallıqlarla barışılmır.
Təbii ki, burada ağır hərbi məğlubiyyət sindromu da var. Çox təəssüf ki, son 3 ildə ermənilər bu sindromdan xilas ola bilməyiblər. Ona görə də 2020-2023-cü illər ərzində Ermənistandan heç bir konstruktiv münasibət görmədik. Əslində bu bizi təəccübləndirməli deyil. Ona görə də biz gələcəyə baxmalıyıq.
- Sizcə, seçkilərin nəticələri Rusiya-Azərbaycan münasibətlərinə necə təsir edəcək?
- Şübhəsiz ki, pozitiv təsir edəcək. Bu günün prioriteti Rusiya-Azərbaycan münasibətlərini daha da möhkəmləndirməkdir. Zənnimcə, bu seçkilər imkan verir ki, iki dövlət siyasi, iqtisadi, sosial və mədəni sahədə münasibətləri daha da dərinləşdirsin. Ən əsası dünyanın qarışıq və gərgin zamanında irəli getmək üçün biz bir-birimizə kömək etməliyik. Bunun üçün bizim iki uzaqgörən liderimiz - Vladimir Putin və İlham Əliyev var. İki lider arasında olan sağlam və səmimi münasibət imkan verir ki, Rusiya ilə Azərbaycan arasında olan münasibətləri daha üst səviyyələrə daşıyaq.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Region
14:00 / 08.02.2024
Korotçenkodan onu tənqid edən ermənilərə CAVAB: “Bunun günahı...” – MÜSAHİBƏ
Hazırda oxunan: Korotçenkodan onu tənqid edən ermənilərə CAVAB: “Bunun günahı...” – MÜSAHİBƏ
Hazırda oxunan: Korotçenkodan onu tənqid edən ermənilərə CAVAB: “Bunun günahı...” – MÜSAHİBƏ
177232
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.