"Özümüzü aldatmayayaq, heç kim Qarabağı qaytara bilməz" - Erməni arxiyepiskop 

Hazırda oxunan: "Özümüzü aldatmayayaq, heç kim Qarabağı qaytara bilməz" - Erməni arxiyepiskop 

176611

“Qarabağ bizim üçün əldən getdi və onu qaytaracağımıza dair boş ümidlər bəsləmək özünü aldatmaqdır. Çünki Qarabağ geri qaytarılmayacaq şəkildə itirilib. Və kim hakimiyyətə gəlsə, bu acı həqiqəti deməlidir. Bir də desə ki, gəlib Qarabağı qaytaracaq, deməli, açıq-aşkar yalan danışacaq. Heç kim Qarabağı qaytara bilməz”.

Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatına arxiyepiskop Mikayel Adjapaxyan bildirib.

“Ermənilər üçün bir nömrəli problem emosiyalardan qurtula bilməməkdir. Ermənilər üçün qələbə, məğlubiyyət, dövlət və kilsə anlayışlarının hamısı yanlışdır. Obyektiv reallıq budur ki, çox pis adamlarıq. 40 ildir bu xalqla işləyirəm və 0,4 faiz belə uğur qeydə almamışam. Ümumiyyətlə erməni xalqının özü haqqında çoxlu yanlış təsəvvürləri var. İdeal xalq olduqlarını düşünürlər. Əslində isə ən utancverici, ən xəstə və müalicəyə ehtiyacı olan xalqdır.
Nikol Paşinyan bir şeyi düzgün etdi, bizə reallığı göstərdi, amma biz bu reallıqla barışmaq istəmirik.

Bəli, yaxşı zabitlərimiz, generallarımız var idi, amma ordumuz məğlub oldu, dağıldı. Lakin biz bunu qəbul etmək istəmirik. Paşinyan deyir ki, 50 faiz ordudan qaçıb və müxtəlif səbəblərdən hərbi xidmətdən azad edilib. Burada Paşinyanın günahı varmı? Bunu Nikol təşkil edib?”, deyə arxiyepiskop qeyd edib.


Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO