İran bütün qoşun növlərini yüksək hazırlıq vəziyyətinə gətirib, hava hücumundan müdafiə sistemlərini işə salıb.
Bizim.Media xəbər verir ki, bu barədə “The New York Times” məlumat yayıb.
Məlumata görə, ordu İraq sərhədi boyunca ballistik raketlər yerləşdirib.
Qeyd edək ki, daha əvvəl rəsmi Tehran ABŞ-ın Suriya və İraqa qarşı hava zərbələrini pisləyib, Vaşinqtonu “iki ərəb dövlətinin suverenliyini və BMT Nizamnaməsini pozmaqda” ittiham edib.
Bizim.Media