Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistanda konstitusiya ilə bağlı referendumun keçirilməsindən söz açıb.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya erməni mətbuatında yer alıb.
“Biz bu gün həqiqətən müstəqilliyimizlə bağlı münasibətlərimizi tənzimləməliyik. Xalqın təmsil etdiyi dövlətə çevrilmək üçün konstitusiyada dəyişikliklər etməliyik", deyə o, qeyd edib.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev fevralın 1-də Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən Ermənistanda konstitusiya ilə bağlı referendumun keçirilməsinin zəruriliyini vurğulamışdı:
"Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb.
Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur.
Bununla yanaşı, Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir.
Bu iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər".
Bizim.Media
- A-
- A
- A+
Region
16:11 / 01.02.2024
Paşinyan Azərbaycanın tələblərinə BOYUN ƏYİR – “Ermənistan konstitusiyası dəyişilməlidir”
Hazırda oxunan: Paşinyan Azərbaycanın tələblərinə BOYUN ƏYİR – “Ermənistan konstitusiyası dəyişilməlidir”
Hazırda oxunan: Paşinyan Azərbaycanın tələblərinə BOYUN ƏYİR – “Ermənistan konstitusiyası dəyişilməlidir”
176121
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.