“Fransa prezidenti Emmanuel Makronu Azərbaycana dəvət etsinlər, görsün, ermənilər burada necə yaşayır”.
Bizim.Media xəbər verir ki, bu sözləri Milli Məclisin yaz sessiyasının ilk iclasında deputat Aqil Abbas deyib.
Deputat bildirib ki, Azərbaycanı sanksiya ilə hədələyirlər:
“Sanksiyadan qorxmaq lazım deyil, çünki biz 30 ildir sanksiya altındayıq. İrana sanksiya tətbiq edirlər, İran artıq hər şeyini özü istehsal edir. Amma biz sanksiya tətbiq etsək, çöldə qalacaqlar. Bizi sanksiya ilə hədələmək lazım deyil. Rusiya vurdu Fransanı Afrikadan çıxardı. Fransanın urana ehtiyacı var, tək ümidi indi Qazaxıstana qalıb. Qazaxıstandan Fransaya iki yol var. Çünki uranı təyyarələr daşımaq olmaz, mütləq gəmiylə daşınmalıdır. Bunun üçün ya Rusiyadan keçən yolla, ya da Azərbaycandan keçən yol olmalıdır. Rusiya buna imkan vermir. Qalıb Azərbaycan.
Bəs, biz sanksiya tətbiq etsək, Fransa nə edəcək?
Çox istəyərdim ki, Makronu Azərbaycana dəvət etsinlər. O gəlsin, görsün, ermənilər burada necə yaşayır. Biz nə kilsə uçuranıq, nə sinaqoq. Gəlib görsün ki, Şuşada o kilsələri necə təmir edirlər. Amma Allah haqqı mənim əlimdə imkan olsa, mən onları təmir etmərəm”.
Bizim.Media
- A-
- A
- A+
Region
12:57 / 01.02.2024
Aqil Abbas: “Makronu Azərbaycana dəvət etsinlər, görsün, ermənilər burada necə yaşayır”
Hazırda oxunan: Aqil Abbas: “Makronu Azərbaycana dəvət etsinlər, görsün, ermənilər burada necə yaşayır”
Hazırda oxunan: Aqil Abbas: “Makronu Azərbaycana dəvət etsinlər, görsün, ermənilər burada necə yaşayır”
176081
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.