Alen Simonyanın qardaşının həyat yoldaşı 2 aylıq həbs edildi - YENİLƏNİB

Alen Simonyanın qardaşının həyat yoldaşı 2 aylıq həbs edildi - YENİLƏNİB

Hazırda oxunan: Alen Simonyanın qardaşının həyat yoldaşı 2 aylıq həbs edildi - YENİLƏNİB

176044

Ermənistan parlamentinin sədri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorkyan 2 ay müddətinə həbs edilib.

Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadəyə şərait yaratmaqda ittiham olunur.

İstintaq iş üzrə ümumilikdə 7 nəfərin həbsi ilə bağlı məhkəməyə vəsatət verib.

 


10:04

 

Ermənistan İstintaq Komitəsi parlamentin sədri Alen Simonyanın qardaşı Karlen Simonyanın həyat yoldaşı Ani Gevorkyanı saxlayıb.

Bizim.Media xəbər verir ki, "hraparak.am" saytı onun nədə ittiham olunduğunu öyrənib.

Mənbə xatırladır ki, o, uzun illər dünyanın ən məşhur təşkilatlarından birində, "Synergy"də proqram meneceri vəzifəsində çalışıb. 

Təxminən il yarım əvvəl “Synergy” İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində iştirak edib. 4 şirkətin olduğu tender sonradan ləğv edilib və "Synergy" təbii olaraq qalib gəlməyib. İbtidai istintaq orqanının Ani Gevorqyana qarşı irəli sürdüyü ittihamların əsasını məhz yerinə yetirilməmiş tenderlər təşkil edib.
İndi isə iki azyaşlı uşağı olan həmin qadından (Ani Gevorkyan nəzərdə tutulur) dünən həbs edilən iqtisadiyyat nazirinin müavini Ani İspiryana və nazirliyin idarə rəisi Liliya Şirakana qarşı sübut əldə etməyə çalışırlar.

Yeri gəlmişkən, Ani Gevorkyan “Synergy”dən bir il əvvəl ayrılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO