Kremldən İrəvandakı hadisəyə MÜNASİBƏT: “Vandalizm aktıdır”

Hazırda oxunan: Kremldən İrəvandakı hadisəyə MÜNASİBƏT: “Vandalizm aktıdır”

175851

Rusiya Xarici İşlər Nazirliyi İrəvanda “mühasirədə olan Leninqrad uşaqları”nın xatirəsinə ucaldılmış abidənin təhqir olunmasına münasibət bildirib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova yazılı bəyanat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya səfirliyindən İrəvandakı abidənin dağıdılmasına REAKSİYA


"Yanvarın 29-da İrəvanda Leninqrad blokadası uşaqlarının xatirəsinə ucaldılmış abidədə törədilən vandalizm aktını qətiyyətlə pisləyirik.

Dərin təəssüf hissi ilə qeyd edirik ki, bu, Rusiya və Ermənistan üçün ümumi olan tarixin qəhrəmanlıq səhifələrinə həsr olunmuş abidələrin təhqir olunması ilə bağlı ilk hal deyil. Bu cür çaşqınlıqlara respublikada Rusiyanı və onun Cənubi Qafqazdakı rolunu ləkələmək üçün başlayan ictimai kampaniya şərait yaradır. Blokada zamanı həlak olan 1 milyon 384 min leninqradlının mübarək xatirəsinin ələ salınmasına imkan verməyəcəyik”, - deyə XİN rəsmisi bildirib.

Zaxarova qeyd edib ki, Rusiya Ermənistan Hakimiyyəti orqanlarından bunu, eləcə də gələcəkdə baş verə biləcək bu cür barbarlıq təzahürlərinin qarşısının alınmasını gözləyir.

Xatırladaq ki, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Qarabağda etnik təmizləmə faktlarının olmaması ilə bağlı söylədiklərdən qəzəblənən şəxs ötən gün İrəvandakı “mühasirədə olan Leninqrad uşaqları” abidəsini dağıdıb. O, abidə önünə qoyulan əklilləri aşırıb, Rusiya bayrağını tapdalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO