Erməni politoloqdan ETİRAF: “Biz heç vaxt Azərbaycanla güc dilində danışa bilməyəcəyik”

Erməni politoloqdan ETİRAF: “Biz heç vaxt Azərbaycanla güc dilində danışa bilməyəcəyik”

Hazırda oxunan: Erməni politoloqdan ETİRAF: “Biz heç vaxt Azərbaycanla güc dilində danışa bilməyəcəyik”

175365

“Mən Ermənistanın yalnız KTMT və Rusiya ilə hərbi əməkdaşlıq etməsi fikrininin tərəfdarı deyiləm. Ermənistan təkcə Fransa, Yunanıstan, Hindistan və Çinlə deyil, ölkəmizin ehtiyaclarına faydalı olacaq dünyanın istənilən dövləti ilə təhlükəsizlik məsələlərində əməkdaşlıq etməlidir”.

Bizim.Media xəbər verir ki, bunu politoloq Vahram Atanesyan Ermənistan mətbuatına müsahibəsində deyib. O bildirib ki, ancaq bu əməkdaşlıqda anti-Türkiyə bloku axtarmaq çox pis nəticə verər:

“Fikrimcə, biz ikitərəfli münasibətlərimiz vasitəsilə Ermənistanın təhlükəsizlik sistemini gücləndirməyə çalışmalıyıq. Bunda hər hansı anti-Türkiyə və ya anti-Azərbaycan İttifaqı axtarmaq mənasızdır. Çünki heç bir aktor belə bir ittifaqa razı olmayacaq. Çünki onların Türkiyə və Azərbaycanla qətiyyən problemləri yoxdur”.

Erməni politoloq hesab edir ki, Ermənistanın təhlükəsizliklə bağlı problemlərdən yayınması üçün əsas məsələ siyasi və diplomatik tədbirlərin görülməsidir:

“Düşünsək ki, Fransa iki müşahidə aparatı verəcək və bununla da Azərbaycanla hərbi balans bərpa olunacaq, bu kökündən yanlış olardı. Hesab etmirəm ki, Fransanın dəstəyi ilə biz Azərbaycanla güc dilində danışa biləcəyik. Bu gəlişigözəl söz, şişirdilmiş nikbinlikdir. Bu, sadəcə Fransanın istəyidir. Hətta Ermənistan-Fransa əməkdaşlığı Fransanın bizə ən müasir silahlar verməyə başlayacağı səviyyəyə çatsa belə, Azərbaycanla aramızdakı hərbi balansı bərpa etmək üçün bizə onilliklər lazım olacaq”.

Vahram Atanesyan Fransa ilə əməkdaşlığın əleyhinə olmadığını bildirib:

“Mən hakimiyyətə demirəm ki, siz əməkdaşlıq etməməli və ya alternativ təhlükəsizlik mühiti axtarmamalısınız. Mən deyirəm ki, mühit anlayışı Türkiyə əleyhinə deyil, yalnız özünümüdafiə anlamında  olmalıdır. Özünümüdafiə, sərhədlərimiz, ərazi bütövlüyümüz, suverenliyimiz və bu konsepsiya Ermənistanın təhlükəsizlik siyasətinin əsasını təşkil etməlidir. 

Biz bu gün Fransa, Yunanıstan, Kipr və Ermənistanın anti-Türkiyə ittifaqı olduğunu və ya anti-türk ittifaqı yaratmağa hazırlaşdığımızı elan etsək də bu, bizə praktiki olaraq heç nə vermir. Əksinə  praktikada biz böyük itkilər veririk”.

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO