Zaxarova erməni yalanlarını İFŞA ETDİ: “Mirzoyan ziddiyyətli danışır”

Zaxarova erməni yalanlarını İFŞA ETDİ: “Mirzoyan ziddiyyətli danışır”

Hazırda oxunan: Zaxarova erməni yalanlarını İFŞA ETDİ: “Mirzoyan ziddiyyətli danışır”

175257

“Ötən ilin sentyabrından başlayaraq Ermənistanın xarici işlər naziri Ararat Mirzoyana Moskvada sülh müqaviləsi məsələləri üzrə məsləhətləşmələr üçün dəvətlər dəfələrlə göndərilib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib. 

“İrəvana son siqnal cəmi bir neçə gün əvvəl verilib. Lakin Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri yanvarın 23-də keçirdiyi mətbuat konfransında Moskvadan dəvət almadığını bəyan edib”, - deyə Rusiya XİN sözçüsü qeyd edib.

Zaxarova Mirzoyanın 10 noyabr üçtərəfli bəyanatının fəaliyyətdə olmaması ilə səsləndirdiyi bəyanatda da ziddiyyətlərin olduğunu bildirib:

“Ermənistan bir tərəfdən deyir ki, bu bəyanat fəaliyyətdə deyil, digər tərəfdən isə deyir ki, ölkəsi bu bəyanatda müvafiq olaraq üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə sadiqdir”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO