Gürcüstan və Ermənistan arasında YENİ SAZİŞ – “Biz strateji dost və tərəfdaşıq”

Gürcüstan və Ermənistan arasında YENİ SAZİŞ – “Biz strateji dost və tərəfdaşıq”

Hazırda oxunan: Gürcüstan və Ermənistan arasında YENİ SAZİŞ – “Biz strateji dost və tərəfdaşıq”

175245

Gürcüstan və Ermənistan arasında strateji tərəfdaşlıq haqqında memorandum imzalanıb.  

Bizim.Media xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Qaribaşvili Ermənistanın baş naziri Nikol Paşinyanla birgə mətbuata açıqlamasında bildirib.

O, Gürcüstan və Ermənistanın həmişə strateji dost və tərəfdaş olduqlarını, bu reallığın bu gün rəsmiləşdirildiyini  qeyd edib.

“Biz ənənəvi olaraq tarixən çox güclü müttəfiqik, dostuq, təkcə qonşu deyilik. Bizim çox yaxşı tərəfdaşlığımız, münasibətlərimiz bütün istiqamətlər üzrədir. Bu gün sözügedən reallıq, vəziyyət rəsmiləşib və biz rəsmi olaraq strateji tərəfdaşlıq haqqında əməkdaşlıq sazişini imzaladıq”, -Qaribaşvili bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO