Deputatdan AŞPA-ya sərt TƏNQİD: “Erməni diasporunun korrupsiyaları ilə...”

Deputatdan AŞPA-ya sərt TƏNQİD: “Erməni diasporunun korrupsiyaları ilə...”

Hazırda oxunan: Deputatdan AŞPA-ya sərt TƏNQİD: “Erməni diasporunun korrupsiyaları ilə...”

175047

Avropa Şurası Parlament Assambleyası (AŞPA) təəssüf ki, Azərbaycana qarşı qərəzli mövqe tutmaqda davam edir. AŞPA qış sessiyasında Azərbaycan nümayəndə heyətinin etimadnaməsi təsdiqləməyib. Almaniyalı deputat Frank Şvabenin bununla bağlı irəli sürdüyü təklifləri AŞPA Monitorinq Komitəsi məqbul sayıb.

Qurumun qərəzli yanaşmasına etiraz olaraq Azərbaycanın nümayəndə heyəti AŞPA-dakı fəaliyyətini qeyri-müəyyən müddətədək dondurub.

Qeyd edək ki, AŞPA Azərbaycana qarşı 4 əsas iddia irəli sürüb. Bu iddialardan birinə görə, Qarabağın erməni əsilli sakinləri bölgədən guya zorakılıqla köçürülüblər. Digər iddiaları isə Azərbaycanın AŞPA nümayəndə heyətinə 2023-cü ildə Laçın dəhlizinə səfərə və Qarabağdakı vəziyyəti müşahidə etməyə icazə verməməsi ilə bağlıdır.

Bundan əlavə, qurum Azərbaycanda “siyasi məhbus”ların olması və guya rəsmi Bakının fevralın 7-də keçiriləcək prezident seçkisini müşahidə etmək üçün Avropa Şurası Parlament Assambleyası nümayəndə heyətini dəvət etməməsi kimi absurd iddialarla çıxış edib.

Bu iddialar açıq şəkildə göstərir ki, AŞPA-nın Azərbaycana qarşı sərgilədiyi mövqe heç bir real fakta söykənməyərək tamamilə əsassızdır. Qeyd olunan məsələlərə Azərbaycan rəsmiləri tərəfindən dəfələrlə aydınlıq gətirilib, iddiaların absurdluğu faktlarla sübuta yetirilib. Ancaq AŞPA yenə də həqiqətlərə gözlərini yumub, yalanlar uydurmaq siyasətindən əl çəkmir.

“AŞPA hörmətini itirir”

Mözvu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, AŞPA öz dəyərlərinə xəyanət etdiyinə görə, onun Azərbaycanla bağlı verdiyi qərarın heç bir hüquqi, mənəvi, siyasi əsası yoxdur:

"Uzun illərdir təcavüzkar Ermənsitanın işğalına öz susqunluğu ilə dəstək olan AŞPA bu gün Azərbaycanla təzyiq dilində danışmağa çalışır. Onlar anlamır ki, Azərbaycanla bu dildə danışmaq olmaz. Yalan və iftiralar uyduran, erməni diasporunun istəklərinə uyğun hərəkət edən, sülh prosesinin qarşısını almaq üçün addımlar atan AŞPA əslində öz dəyərlərinə xəyanət edir. Bu fonda da hörmətini itirir. Azərbaycan AŞPA və ona bənzər digər təşkilatların da cavabını vermək gücündədir.

Çünki siyasi korrupsiya ilə məşğul olan erməni diasporunun istəklərini darmadağın edəcəyik.

Azərbaycan sülh istəyir və ona nail olmaq üçün hər şeyi edir. BMT-nin qətnamələrini, AŞPA və Avropa Parlamentinin bəyanatını, ATƏT-in bütün qərarlarını Azərbaycan özü icra edib. Baxmayaraq ki, 30 il ərzində həmin qurumlar ədalətin bərpası üçün nələrsə etməli idilər, amma etmədilər. AŞPA-nın və ona bənzər digər təşkilatların bu cür qərarları əslində islamofobiya və türkofobiya ab-havası ilə bağlıdır".

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO