Türkiyə Prezident Administrasiyasının sözçüsü Ağdamda gördüklərindən DANIŞDI: “BƏNZƏRİ OLMAYAN BARBARLIQDIR” - VİDEO

Türkiyə Prezident Administrasiyasının sözçüsü Ağdamda gördüklərindən DANIŞDI: “BƏNZƏRİ OLMAYAN BARBARLIQDIR” - VİDEO

Hazırda oxunan: Türkiyə Prezident Administrasiyasının sözçüsü Ağdamda gördüklərindən DANIŞDI: “BƏNZƏRİ OLMAYAN BARBARLIQDIR” - VİDEO

17504

Bu torpaqlara gələrkən Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir daha açıq şəkildə anlamış olduq. Bunu ürəkdən hiss etdik. Bu müharibə müddətində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirik, qazilərimizə hüzurlu ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq.

Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdam Cümə məscidinə səfəri zamanı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr İdarəsinin rəhbəri Bakıya gəlir


O bildirib ki, bu qələbə, Azərbaycan üçün, bölgə üçün və Türkiyə üçün böyük bir zəfərdir:

"Çox qərarlı bir şəkildə 30 illik işğal sona çatdırıldı. Cənab Prezident İlham Əliyevin qərarlı mövqeyi ilə bu işğal aradan qaldırıldı və bölgə azad edilmiş oldu. Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mücadiləyə dəstək verdi.

Bu gün bunun qürurunu yenidən burada yaşadıq. Digər tərəfdən də, əslində, buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır.

Bunlara rəğmən, dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük. Baxın, dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb.

Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün ortadan qaldırılıb. Amma bunu bacarmadılar və bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin torpaqları, İslamın torpaqlarıdır".

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO