Türkiyənin məşhur fenomeni Enes Baturun əyləncə məclisinə polis basqın edib.
Bizim.Media “sözcü”-ə istinadən bildirir ki, ötən gün 23 yaşı tamam olan Enes Batur bu münasibətlə Acarkentdə yerləşən villasında böyük məclis təşkil edib.
MÖVZU İLƏ BAĞLI:
ABŞ-da evə BASQIN: 2 uşaq da daxil olmaqla 5 nəfər qətlə yetirildi
Məlum olub ki, karantin qaydalarının pozulduğu məclisdə 100 yaxın şəxs iştirak edib.
Axşam saatlarında başlayan məclisə polis saat 02:00 radələrində basqın edib. Məsələdən xəbər tutan bir çox iştirakçı villanın arxa qapısından qaçmağa müəssər olub.
Polis məclisdə qalanların hər birinə 3500 lirə dəyərində cərimə yazıb.
Bizim.Media