Ermənistan 2020-ci ildəki müharibədə məğlubiyyətdən sonra yeni müttəfiqlər axtarır.
Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
Onun sözlərinə görə, hər bir rasional düşünən cəmiyyət daim yeni müttəfiqlər tapmaq üçün səy göstərməlidir:
"Ermənistan üçün bu, 2020-ci il müharibəsi və sonrakı hadisələr zamanı müttəfiqlərdən dəstək mexanizmlərinin fəaliyyətsizliyi səbəbindən daha aktual olub.
Təbii ki, yeni müttəfiqlərin axtarışı, ilk növbədə, təhlükəsizlik sahəsindəki məsələləri həll etmək üçün lazımdır”.
Nazir təhlükəsizlik sistemləri ilə bağlı hər hansı sənədin imzalanması barədə yayılan məlumatları təkzib edib.
Qeyd edək ki, Ermənistanın əsas müttəfiqi Rusiya Federasiyası olub.
Bizim.Media
- A-
- A
- A+
Region
14:20 / 24.01.2024
Ararat Mirzoyanın ETİRAFI: "Yeni müttəfiqlər axtarırıq"
Hazırda oxunan: Ararat Mirzoyanın ETİRAFI: "Yeni müttəfiqlər axtarırıq"
Hazırda oxunan: Ararat Mirzoyanın ETİRAFI: "Yeni müttəfiqlər axtarırıq"
174898
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.