Husilərin hücumları Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyətini NECƏ ARTIRIB?

Husilərin hücumları Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyətini NECƏ ARTIRIB?

Hazırda oxunan: Husilərin hücumları Azərbaycandan keçən Orta Dəhlizin əhəmiyyətini NECƏ ARTIRIB?

174863

Qırmızı dənizdən tranzit kimi keçən beynəlxalq ticarət gəmilərinə husilərin hücumları Azərbaycan vasitəsilə (Orta Dəhliz) dəmir yolu üzrə konteyner daşımalarını artıra bilər.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya Yunanıstanın "Hellenic Shipping News" internet nəşrində yer alıb.

Mənbə yazır ki, bir sıra iri beynəlxalq yük və gəmiçilik şirkətləri husilərin Qırmızı dənizdən keçən ticarət gəmilərinə hücumları səbəbindən marşrutlarını dəyişmək məcburiyyətində qalıblar.

Alternativ olaraq, onlar Afrikanın cənubundakı Ümid burnu vasitəsilə daha uzun dəniz yolu ilə yük daşımağa məcbur olurlar. Bu da əlavə qiymət artımlarına və yüklərin çatdırılma müddətinin uzadılmasına səbəb olur.

Qırmızı dəniz ticarət yolu ilə bağlı risklər hətta ABŞ və Britaniya qüvvələrinin Yəmənə bir sıra hava zərbələri endirməsindən sonra da azalmayıb.

Qırmızı dənizdə mövcud vəziyyətlə əlaqədar neftin Afrika və Avropa bazarlarına tankerlərlə çatdırılmasında problemlər yaranıb. Keyfiyyətinə görə Azərbaycan neftinə oxşar olan Liviya və Nigeriya neftinin Avropa bazarlarına tədarükünün gecikməsi səbəbindən neft emalı zavodları Azeri Light növünə tələbatı artırıb. 

Bu da öz növbəsində “Azeri Light” və “Brent” arasındakı qiymət fərqini 6 dollara çatdırıb.

Nəşr qeyd edir ki, son 12 ayda Asiya ölkələrindən Avropaya ixrac edilən bütün malların 1,8 faizi Qırmızı dəniz marşrutu boyunca daşınıb. Lakin bu rəqəm 2022-ci ildə olduğundan xeyli aşağı düşüb. Çünki Moskvaya qarşı sanksiyalar Orta Dəhliz vasitəsilə nəqliyyatın artmasına səbəb olub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO