Ermənistan Qərbin mübarizə meydanına çevrilir – Deputatdan MÜHÜM AÇIQLAMA

Ermənistan Qərbin mübarizə meydanına çevrilir – Deputatdan MÜHÜM AÇIQLAMA

Hazırda oxunan: Ermənistan Qərbin mübarizə meydanına çevrilir – Deputatdan MÜHÜM AÇIQLAMA

173998

Avropa İttifaqı özünün Ermənistanda mövcudluğunu daha da artırmaq qərarına gəlib. Belə ki, Avropa İttifaqı Şurası Ermənistandakı Avropa missiyasında müşahidəçi sayının 138-dən 209-a artırılmasını təsdiqləyib. 5 aya yaxındır Azərbaycanla Ermənistan sərhədində bir güllə belə atılmayıb. Əksinə, tərəflər sülhə doğru irəlilədiklərini bəyan edirlər.

Belə olan halda Aİ-nin Ermənistanda müşahidəçi sayının artmasına səbəb nədir?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, Ermənistanda Aİ missiyası üzvlərinin sayının artırılmasında məqsəd Qərbin İrəvanda öz mövcudluğunu daha da gücləndirməkdən ibarətdir:

“Səbəb çox sadədir. Aİ Ermənistan üzərindən öz mövcudluğunu Cənubi Qafqaz regionunda təmin etmək və möhkəmləndirmək istəyir. Mahiyyət etibarı ilə Aİ missiyasının regiona göndərilməsinə heç bir əsas yoxdur. Azərbaycan öz torpaqlarını işğaldan azad edib, separatizmə son qoyub. Nəticədə regionda sülhün əldə olunması üçün bütün şərtləri təmin etmişik.

Belə vəziyyətdə Aİ missiyasının göndərilməsi regionda gərginlik elementlərinin saxlanılmasının Avropa və Amerikanın maraqlarına cavab verdiyinin göstəricisidir.

Bu missiya tərkibində Almaniya və Fransanın güc strukturlarının təmsilçiləri var. Onlar bu missiya adı altında özlərinin başqa formada da mövcudluqlarını təmin etmək istəyir. Gələcəkdə bölgədə özlərinin hərbi mövcudluqlarına nail olmağa çalışırlar. Bu da o deməkdir ki, Ermənistan Qərb üçün gələcəkdə geosiyasi mübarizə meydanı olaraq müəyyənləşib. Aİ missiyasının artırılması bir sözlə regiona yaxşı heç nə vəd etmir”.

Rüfət Sultan, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO