Azərbaycanda saxlanılan erməni diversantların qohumları İrəvan-Gümrü yolunu bağladı - VİDEO

Azərbaycanda saxlanılan erməni diversantların qohumları İrəvan-Gümrü yolunu bağladı - VİDEO

Hazırda oxunan: Azərbaycanda saxlanılan erməni diversantların qohumları İrəvan-Gümrü yolunu bağladı - VİDEO

17315

Azərbaycanda saxlanılan erməni diversantlarının qohumları İrəvan-Gümrü yolunu Orom kəndi yaxınlığındakı ərazidə bağlayıblar.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “news.am” saytı yayıb.

Mənbə yazır ki, buna səbəb hakimiyyətin bu günlərdə bir qrup diversantın (onlar əsir adlandırırlar) geri döndüyünü təntənəli şəkildə elan etməsi olub.

Amma əslində bunun belə olmadığı ortaya çıxıb. 

Bəzi informasiyalara görə, diversantların əvəzinə Zəngəzurdan keçmək üçün dəhlizin qurulmasını müzakirə etmək üçün Türkiyə-Azərbaycan nümayəndə heyəti Ermənistana gəlib.

Qohumlar diversantların geri qayıtma tarixi barədə dəqiq məlumat verilənə qədər yolu bağlayacaqlarını deyiblər. 

Onların fikrincə, Azərbaycanda olan diversantların sayı daha çoxdur.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO