İrandakı partlayışların PƏRDƏARXASI - “Tehran öz silahı ilə özünü vurur” 

İrandakı partlayışların PƏRDƏARXASI - “Tehran öz silahı ilə özünü vurur” 

Hazırda oxunan: İrandakı partlayışların PƏRDƏARXASI - “Tehran öz silahı ilə özünü vurur” 

172798

Son zamanlar qonşumuz olan İranda aktivlik müşahidə edilir. Belə ki, İranın Kirman şəhərində baş vermiş terror aktından sonra dünən də İranın Fərdis şəhərində kosmetika istehsal edilən müəssisədə güclü partlayış baş verib. Hadisə nəticəsində 53 nəfər yaralanıb.

Maraqlıdır, İranda baş verən partlayışlar təsadüfdür, yoxsa sözügedən hadisələr İrana bir mesajdır?

Politoloq Qabil Hüseynli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O bildirib ki, hadisələrin arxasında İranın özünün maliyyələşdirdiyi terror təşkilatları var: 

“Bəzilərinin ağlına ilk olaraq ABŞ və İsrail gəlir. Ancaq mən belə düşünmürəm. Çünki İranda baş verən hadisələr barbarcasına reallaşdırılır. Açığı, hesab edirəm ki, İranın özünü yaratdığı terror təşkilatlarının son hadisələrdə əli var. Qonşuluqdakı bəzi teokratik rejimlərdən də şübhələnmək olar. 

Məsələn, baxmayaraq ki, Xamenei İsrailə təhdidlər yağdırır, bu məsələdə Əfqanıstanın adını çox ehtiyatla çəkirəm. İsrailin bir rolunun olduğunu isə düşünmürəm. İsrail İrana hücum etsə, dinc, yazıq, günahsız insanların ölümünə getməz. 
Fikrimcə, İran öz silahı ilə özünü vurur. İran onlarla terror təşkilatına maliyyə yardımı göstərib. Son zamanlar maliyyə yardımlarını vaxtında edə bilmirlər. Bu da onları qəzəbləndirir. Bundan əlavə, İranın daxilində çox sayda xalqlar ağır zülm altındadır. Bu ölkənin iqtisadi vəziyyəti heç də yaxşı deyil. Bu məsələdə konkret olaraq İsrailin və ABŞ-ın hədəf seçilməsi heç inandırıcı deyil”. 

Məhərrəm Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO