Zəngəzur dəhlizi üçün ALTERNATİV FORMUL – Kalininqrad modeli NƏDİR?

Zəngəzur dəhlizi üçün ALTERNATİV FORMUL – Kalininqrad modeli NƏDİR?

Hazırda oxunan: Zəngəzur dəhlizi üçün ALTERNATİV FORMUL – Kalininqrad modeli NƏDİR?

172637

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirəcək yola aid tərəflərin mövqelərini ifadə edib.  

O bildirib ki, Azərbaycan yalnız Naxçıvan Muxtar Respublikasına aparılan malların gömrük və sərhəd nəzarətindən azad edilməsini gözləyir:
 

MÖVZU İLƏ BAĞLI:

Zəngəzur dəhlizi bu tarixdə istifadəyə veriləcək? - Türkiyəli nazirdən AÇIQLAMA


“Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, tətbiq olunan gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”. 

Prezidentin köməkçisi Kalininqrad modelinin tətbiqindən də danışıb: 

“Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq". 

Kalininqrad modeli nədir?

Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Dövlət Duması onu uzun müddət ratifikasiya etmədi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə ediləndən sonra həmin sazişi ratifikasiya edib. 

Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Amma Avropa İttifaqı ilə Rusiyanın 2002-ci ildəki birgə bəyanatında bildirilir ki, tranzit rejimi Litvanın lazım olan nəzarəti həyata keçirməsinə və öz ərazisinə giriş qadağasını tətbiq etməsinə suveren hüququnu məhdudlaşdırmayacaq.  

Kalininqrad modeli Zəngəzur dəhlizi üçün tətbiq oluna bilərmi?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Asim Mollazadə bildirir ki, Litva Kalininqrad modelinə uyğun olaraq Rusiyadan Kalininqrad vilayətinə gələn mal və sərnişinlərin yoxlanılmadan keçməsinə icazə verib:

“Kalininqrad modeli Litva dövləti üzərindən Rusiyanın bu bölgəyə gediş-gəlişinin təmin edilməsi üçün nəzərdə tutulan karidordur. İndiyə kimi bu koridordan istifadə edilib. Avropa Birliyinin üzvü olan Litva sözügedən modelə uyğun olaraq, Rusiyadan gələn mal və hətta qatarlarla hərəkət edən sərnişinlərin yoxlanılmadan keçməsinə icazə verib. Kalininqrad Rusiyanın anklavda olan şəhəridir. 
Azərbaycanla Ermənistan arasında danışıqlarda Naxçıvana yolla bağlı əslində bir sıra formalar müzakirə edilir. Sadəcə olaraq, bu proses, kommunikasiyaların açılması, delimitasiya məsələsi ola bilsin uzun müddət çəksin. Onun üçün də Azərbaycanın bəyan etdiyi kimi, ilk növbədə sülh sazişi imzalanmalıdır. Ondan sonra digər məsələlər də müzakirə mövzusu ola bilər”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO