Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
Bizim.Media Ermənistan KİV-ə istinadən xəbər verir ki, görüşdə Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesi əsas müzakirə mövzusu olub.
Tərəflər arasında həmçinin regional təhlükəsizliklə bağlı məsələlər də müzakirə edilib.
Bizim.Media