ABŞ səfirliyi Ermənistan KİV-də Bakı ilə münasibətlərə dair yalan məlumatları ifşa etdi - FOTO

ABŞ səfirliyi Ermənistan KİV-də Bakı ilə münasibətlərə dair yalan məlumatları ifşa etdi - FOTO

Hazırda oxunan: ABŞ səfirliyi Ermənistan KİV-də Bakı ilə münasibətlərə dair yalan məlumatları ifşa etdi - FOTO

172533

ABŞ-nin Azərbaycandakı səfirliyi Ermənistan mətbuatında Bakı ilə Vaşinqton arasında münasibətlərə dair əsassız və yalan məlumatları ifşa edib.

Bizim.Media xəbər verir ki, bununla bağlı səfirlik tərəfindən rəsmi “Facebook” hesabında açıqlama yayılıb.

“Yeni təyin olunmuş səfir Mark Libbi yanvarın 4-də ABŞ dövlət katibinin köməkçisi Culyetta Noyes, habelə həyat yoldaşı Danuşia və oğlu Endryunun iştirak etdiyi mərasimdə and içib. O, Bakıya qayıtmaq və ABŞ-nin Azərbaycandakı 11-ci səfiri kimi etimadnaməsini Prezident Əliyevə təqdim etməyi həvəslə gözləyir”, - deyə açıqlamada bildirilir.

Qeyd edək ki, Ermənistan KİV-d' yer alan iddiaya görə, səfir Mark Libbi bir aydır Bakıdadır, lakin o, etimadnaməsini Prezident İlham Əliyevə təqdim etməsi üçün dəvət olunmayıb. Əslində isə səfir hazırda ABŞ-dadır.




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO