Qərbi Azərbaycan İcmasından Fransanın Ermənistandakı səfirinə CAVAB 

Qərbi Azərbaycan İcmasından Fransanın Ermənistandakı səfirinə CAVAB 

Hazırda oxunan: Qərbi Azərbaycan İcmasından Fransanın Ermənistandakı səfirinə CAVAB 

172228

“Fransanın Ermənistandakı səfiri Azərbaycan əleyhinə fəaliyyəti özünün həyat tərzinə çevirib”. 

Bizim.Media xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında bildirilib. 

Qeyd olunub ki, ksenofob tvitlər və açıqlamalarla öz aləmində guya Azərbaycanı “sancdığını”düşünən fransız səfirin yanaşması sadəcə gülüş doğurur: 

“Bu ştatlı Azərbaycanofob özünü belə yolla Ermənistan cəmiyyətinə “qəhrəman” kimi sırımağa çalışır. Görünür, fransız səfir ölkəsinin bir neçə aydır ki, BMT Təhlükəsizlik Şurasında Azərbaycana qarşı sənəd qəbul etdirə bilməməsinin acığını və qəzəbini belə düşük tvitlər yazmaqla çıxmağa çalışır”. 
“Səlibçi mentalitetli səfir başa düşməlidir ki, o, Ermənistanda akkreditə olunub və başqa ölkənin - Azərbaycanın suverenliyinə aid məsələlərə baş qoşmamalıdır.

O, səfir kimi məhz Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququnun təmin edilməsindən, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin, məscidlərin dağıdılmasının, təhqir olunmasının, Göy Məscid kimi təhrif edilməsinin yolverilməz olmasından danışmalıdır.

Lakin etnik və dini təəssübkeşlik, Azərbaycanofobiya, islamofobiya,şarlatanlıq buna imkan vermir”, - Qərbi Azərbaycan İcmasının bəyanatında vurğulanıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO