Ermənistan polisinin 40 faizi İQ testindən KEÇƏ BİLMƏDİ

Ermənistan polisinin 40 faizi İQ testindən KEÇƏ BİLMƏDİ

Hazırda oxunan: Ermənistan polisinin 40 faizi İQ testindən KEÇƏ BİLMƏDİ

172101

Ermənistan polisinin təxminən 40%-i ümumi bölmənin sınaq mərhələsindən keçə bilməyib.

Bizim.Media-nın Sputnik Ermənistan-a istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, attestasiyada 1 123 polis əməkdaşı iştirak edib, onlardan 190-ı bütün mərhələlərdən keçib. Daha üç əməkdaşın attestasiyası prosesi gedir.

Ermənistan Daxili İşlər Nazirliyinin məlumatına görə, iştirakçılardan 454 nəfəri ümumi bilik, 192 nəfər fiziki hazırlıq, 279 nəfər atəş hazırlığı, səkkiz nəfər isə peşə səriştəsinin yoxlanılması mərhələsindən keçə bilməyib.
Xatırladaq ki, IQ Testi iki altbölmədən ibarətdir - ümumi inkişaf və peşəkar bacarıqlar.

Məhərrəm Əliyev, Bizim Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO