Qızğın ermənipərəst mövqeyə malik Nyu-Cersi ştatının senatoru Robert Menendes əlavə olaraq rüşvət almaqda və Qətərə işləməkdə ittiham olunub.
Bizim.Media xəbər verir ki, bu barədə informasiya Nyu-Yorkun Cənub Dairəsi Məhkəməsinin məlumat bazasında dərc edilmiş sənədlərdə yer alıb.
Mənbə yazır ki, senator Nyu-Cersidən olan bir iş adamı vasitəsilə Qətər hökumətindən qiymətli əşyalar, pullar, Formula 1 dünya çempionatına biletlər və 10 min dollardan 24 min dollara qədər olan saatları rüşvət kimi qəbul edib.
Bunun üçün Menendes Qətər hökumətinin xeyrinə addımlar atmalı idi.
2023-cü ilin sentyabrında senatora və onun həyat yoldaşı Nadin Arslanyana qarşı üç Nyu-Cersi iş adamı ilə korrupsioner münasibətlərdə olması və yüz minlərlə dollar rüşvət alması ilə bağlı ittihamlar irəli sürülüb.
Daha sonra ABŞ Ədliyyə Departamenti Menendesə qarşı əlavə ittihamlar irəli sürərək onu Misirdə qeydiyyatdan keçməmiş xarici agent kimi işləməkdə ittiham edib.
Bizim.Media
- A-
- A
- A+
Region
09:34 / 03.01.2024
Ermənipərəst senator Robert Menendesə qarşı DAHA BİR İTTİHAM
Hazırda oxunan: Ermənipərəst senator Robert Menendesə qarşı DAHA BİR İTTİHAM
Hazırda oxunan: Ermənipərəst senator Robert Menendesə qarşı DAHA BİR İTTİHAM
171837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.