"Azərbaycan ordusunun çağın tələblərinə uyğun olaraq yenidən qurulmasına və modernləşdirilməsinə dəstək olmaq və iki qardaş ölkənin silahlı qüvvələrinin gələcək qarşılıqlı əlaqəsini artırmaq üçün bir yol xəritəsi hazırladıq və həyata keçirməyə başladıq."
Bizim.Media xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar deyib.
MÖVZU İLƏ BAĞLI:
“Qardaşlarımızla tək ürək olmağa davam edəcəyik” – Türkiyəli nazir
Akar işğaldan azad edilmiş torpaqlarda həyatın bir an əvvəl normallaşdırılmasının vacibliyini vurğulayıb:
"Bunların baş verməsi üçün bölgə təhlükəsiz olmalıdır. Bunun üçün bölgə minalardan təmizlənməlidir. Biz əməkdaşlarımızı bölgəyə göndərdik, var gücləri ilə çalışırlar və eyni zaman azərbaycanlı qardaşlarımız da qarşılıqlı təlim əsasında bu işi öyrəndilər, kömək edirlər".
"İnşallah, ən qısa zamanda Qarabağı minalardan təmizləyib orada həyatın normallaşmasına ən böyük töhfəni verəcəklər”.
Bizim.Media