İrəvanda bayrağımızı yandıran erməni İŞDƏN QOVULDU 

İrəvanda bayrağımızı yandıran erməni İŞDƏN QOVULDU 

Hazırda oxunan: İrəvanda bayrağımızı yandıran erməni İŞDƏN QOVULDU 

171378

İrəvanda Azərbaycan bayrağının yandırılması ilə bağlı insidentdən sonra erməni dizayner Aram Nikolyan İctimai Telekanalın baş stilisti vəzifəsindən qovulub. 

Bizim.Media xəbər verir ki, o, bu barədə “sputnik armenia”ya müsahibəsində danışıb.

O, eyni zamanda dövlət layihələrində iştirakdan da məhrum edilib.

Nikolyan əməlinə görə peşman olmadığını da dilə gətirib.
Xatırladaq ki, aprelin 14-də İrəvandakı İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırmışdı. Bu əməlinə görə o, rəsmi Bakı tərəfindən beynəlxalq axtarışa verilib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO