İsrailin Yerusəlim şəhərində "İnəklər bağı" adlanan ərazidə erməni icmasının üzvlərinə qarşı mütəşəkkil hücum olub.
Bizim.Media xəbər verir ki, bu barədə Yerusəlim Erməni Patriarxlığının mətbuat xidmətinin rəhbəri Ağan Qoqçyan sosial şəbəkələrdə yazıb.
Onun sözlərinə görə, 30-dan çox maskalı silahlı şəxs yerli erməniləri döyüb:
"Nəticədə 10-dan çox erməni yaralanıb. İsrail polisi iki ermənini saxlayıb".
Qoqçyan qeyd edib ki, bu, erməni icmasının "İnəklər bağı" ilə bağlı məhkəmədə qaldırdığı iddiaya silahlı cavabdır:
"Hücumu uzun müddətdir ərazini ələ keçirməyə çalışan şirkətin təhlükəsizlik xidməti təşkil edib".
Bizim.Media