Keçmiş müdafiə nazirinin müavini Paşinyanı Troya atı ilə müqayisə etdi

Keçmiş müdafiə nazirinin müavini Paşinyanı Troya atı ilə müqayisə etdi

Hazırda oxunan: Keçmiş müdafiə nazirinin müavini Paşinyanı Troya atı ilə müqayisə etdi

17118

Moskvaya səfərin təşəbbüskarı Nikol Paşinyandır. 

Bizim.Media xəbər verir ki, bu fikirləri Ermənistanın keçmiş müdafiə nazirinin müavini, Respublika Partiyasının nümayəndəsi Artak Zakaryan “Zerkalo” nəşrinə verdiyi müsahibəsində bildirib.

Zakaryanın sözlərinə görə, 9 noyabr və 11 yanvar tarixlərindən sonra müəyyən bir iş gündəliyi yaradıldı və Ermənistan rəhbərliyi nəyisə həll edə bilmədiklərini sübut etdi:

“Nəyahət, Paşinyan problemlərini müzakirə etmək üçün Moskvaya getdi. Nikol öz gələcəyi haqqında düşünür. Bu, mənim fikrimdir və bunun üçün əsaslar var” deyə Zakaryan izah edib.
Keçmiş nazir müavini Paşinyanın qarşısında hələ də müəyyən bir vəzifə olduğunu və hakimiyyətdə qalacağı təqdirdə, Zəngəzur mahalında (Sünik) qarşıdurmaların mümkün olacağını bildirib.

Zakaryan hesab edir ki, məqsəd Cənubi Qafqazda Qərblə Rusiya arasında qarşıdurmaya səbəb olmaqdır. “Kim qazanacaq - xarici oyunçular. Kim uduzacaq? Hər şeydən əvvəl, Ermənistan. Vəziyyət bölgə üçün qeyri-müəyyən bir gələcək vəd edir” deyib Zakaryan. 

“Paşinyan müstəqil olmadığı üçün həyata keçirmək istədiklərini Ermənistanın hesabına ödəyəcək”. O, sözlərinə davam edib.

“Sual budur ki, o, hər şeyi ödəyibmi? Müqaviləni sona çatdırmasına icazə verəcəyikmi? Bu vəziyyətdə müxalifətin konsolidasiya etməsə də, ən azından hərəkətlərini koordinasiya etməlidir”, deyə o, qeyd edib.

Onun sözlərinə görə, Ermənistan Nikola uduzmadı, qlobal oyunda bölgədə anti-Rusiya meydanı yaradan fövqəlmilli qüvvələr qalib gəldi:

“Qarabağ və Ermənistan buna mane oldu. Onurğa sütununu Türkiyə və Azərbaycanın əlləri ilə qırmağa çalışdıq, amma alınmadı. 20 ildir işə yaramadı. Buna görə Troya atından istifadə etməyə çalışdıq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO