Dərviş Parisi, Fransa İrəvanı PARTLADIR... – Makronun Cənubi Qafqaz PLANININ İFLASI

Dərviş Parisi, Fransa İrəvanı PARTLADIR... – Makronun Cənubi Qafqaz PLANININ İFLASI

Hazırda oxunan: Dərviş Parisi, Fransa İrəvanı PARTLADIR... – Makronun Cənubi Qafqaz PLANININ İFLASI

170840

Son zamanlar Fransanın Ermənistanda aktivləşməyə cəhd göstərdiyi açıq-aydın şəkildə hiss olunur. Bunun nəticəsidir ki, Paris Ermənistanı silahlandırmağa davam edir. Hazırda Fransa Hindistanla birlikdə Ermənistana silah ötürən əsas ölkədir. Fransanın Ermənistanı silahlarla təchiz etməsinin, onu revanşist addımlar atmağa sövq etməsinin arxasında çox çirkin hədəflər gizlənir. 

Məhz Fransa və bəzi digər Avropa ölkələrinin “səyləri”nin nəticəsidir ki, Ermənistanda yenidən revanşizm baş qaldırır. 
 

MÖVZU İLƏ BAĞLI:

Fransanın Ermənistana müdaxilə planının PƏRDƏARXASI – Selahattin Pardan ÖZƏL AÇIQLAMA 


Ermənistan sözdə sülhdən danışsa da, reallıqda bu istiqamətdə konkret addımlar atmır. Əksinə, görürük ki, separatçı Şahramanyan qondarma rejimin bərpası ilə bağlı fərman imzalayır. Bu da onu göstərir ki, separatçılar yenidən baş qaldırmağa çalışırlar. Bütün bunlar Ermənistanda revanşizm ideyalarının yenidən aktivləşdiyinin sübutudur. Fransanın Ermənistana hərbi və digər sahələr üzrə verdiyi dəstək isə revanşistlərin aktivləşməsinə səbəb olan başlıca amillərdən biridir. 

Görünən odur ki, Fransa Ermənistana yüz milyonlarla dollar məbləğində silah-sursat verməklə Cənubi Qafqazı müharibə meydanın çevirmək kimi təhlükəli planını reallaşdırmağa çalışır. Paris Ermənistanı silahlandırmaqla onu yeni müharibəyə sövq edir ki, bu da istər-istəməz erməni revanşistlərinin də aktivləşməsinə rəvac verir.  

Fransa erməni revanşizmini niyə alovlandırır?

Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu öncə qeyd etdi ki, Fransanın Ermənistanda revanşizmi qızışdırması Parisin imperalist iddiaları ilə bağlıdır:

“Dünyanın hər yerində koloniyaları itirməkdə olan Fransa, hazırda postsovet məkanına özünün potensial geostrateji koloniyaları kimi baxır. Onlar hesab edir ki, Ermənistandan başlamaqla postsovet məkanında özlərinin neokolonist siyasətlərini genişləndirə biləcəklər. Bu mənada Fransa Ermənistanın da maraqlarına cavab verməyəcək tərzdə radikal siyasət həyata keçirir. 

Şübhəsiz ki, bu siyasətin perspektivi yoxdur. Parisin Ermənistanda revanşizmi dəstəkləməsi İrəvanla olan müttəfiqlik əlaqələrinə görədirsə, o zaman COP29-da İrəvanın Bakının xeyrinə öz namizədliyini götürəndə, Fransa buna etiraz etməzdi. Deməli, Parisin Ermənistanda radikalizmi qızışdırmasının arxasında İrəvanın maraqları deyil, tam əksinə, öz imperalist maraqları üçün erməniləri özünə alət etmək məqsədinin dayandığını ortaya qoymuş olur”. 

Deputat bildirir ki, rəsmi Paris Ermənistan ərazisini özünün strateji alətinə çevirmək niyyətindədir: 

“Həmin məqsədə çatmaq üçün də Ermənistanı silahlandırır ki, bu ölkədə revanşizm yenidən qızışsın. Cənubi Qafqaz mühüm əhəmiyyətli geostrateji regiondur. Ermənistana Fransa Rusiyaya qarşı rəqabət meydançası kimi baxır. Ermənistanın tarixən müxtəlif məqsədlərə xidmət üçün forpost kimi yaradıldığını əsas gətirməklə, Paris hesab edir ki, ondan elə Rusiyaya qarşı da istifadə etmək olar. 

Digər tərəfdən, Fransanın Yaxın Şərq və Aralıq dənizində həyata keçirdiyi aqressiv siyasət iflasa uğrayıb. Onun Yunanıstanla müttəfiqliyi sona qədər davam etmədi.

Bu mənada Paris hesab edir ki, Türkiyəyə qarşı çıxmaqla Ermənistan Fransanın maraqlarını ifadə etmək yolunda yaxşı bir forpost ola bilər. Belədə, Paris Ermənistan ərazisini özünün strateji alətinə çevirməyə çalışır. Bu məqsədinə çatmaq üçün də Ermənistanı silahlandırır və bu ölkədə revanşizmini qızışdırır”. 

Rüfət Sultan, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO