Ermənistan Azərbaycandan növbəti təkliflər paketi aldığını təsdiqlədi

Ermənistan Azərbaycandan növbəti təkliflər paketi aldığını təsdiqlədi

Hazırda oxunan: Ermənistan Azərbaycandan növbəti təkliflər paketi aldığını təsdiqlədi

170699

Ermənistan tərəfi Azərbaycandan növbəti təkliflər paketi aldığını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistanın Xarici İşlər Nazirliyindən bildiriblər.

Xatırladaq ki, bir qədər əvvəl Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan Televiziyasına müsahibəsində Ermənistana təkliflər paketinin göndərildiyini deyib.

Nazir, həmçinin son zamanlarda Ermənistan tərəfindən müəyyən pozitiv mesajların müşahidə olunduğunu qeyd edib.

"Xüsusilə Azərbaycan bütün ərazilərində suverenliyini tam bərpa etməsindən sonra biz Ermənistan siyasi rəhbərliyi tərəfindən səsləndirilən mesajları təbii ki, diqqətlə izləyirik. Burada müəyyən pozitiv mesajları eşidirik.
Ancaq pozitiv mesajların və sözlərin verilməsi nə qədər önəmli olsa da, onların real işlərə transformasiya edilməsi ən önəmli məqamdır. Biz noyabrın sonunda Ermənistan tərəfindən sülh müqaviləsi ilə bağlı növbəti təkliflər paketini almışdıq, 1 ay ərzində bizim tərəfimizdən qarşı tərəfə işlənilmiş təkliflər paketi qaytarıldı. Bu proses gedir”, - deyə nazir bildirib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO